Məzmuna keç

Zaporojyedə xəstəxana atəşə tutulub, 2 nəfər ölüb

"Ruslar Zaporojye vilayətinin Qulyaipole şəhərində xəstəxananı atəşə tutublar".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

Yermakın sözlərinə görə, xəstəxananın iki işçisi – kiçik tibb bacısı və santexnik həlak olub. Daha iki nəfər yaralanıb.

Zaporojye Hərbi Administrasiyasının rəhbəri Yuri Malaşko bildirib ki, idarə olunan bomba cəbhə bölgəsində yerləşən şəhərdəki xəstəxanaya düşüb.

“Təhlükəyə baxmayaraq, xidməti vəzifəsini yerinə yetirməyə davam edən 46 yaşlı fəhlə və 55 yaşlı tib bacısı həlak olub. İki tibb bacısı dağıntılar nəticəsində xəsarət alıb. Bundan başqa, Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşı da yaralanıb. Mütəxəssislər hücumdan sonra dərhal xilasetmə və axtarış əməliyyatlarına başlayıblar", – o deyib.

Şəbnəm Mehdizadə