Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsinin surətini Ukraynanın xarici işlər nazirinin müavini Yevgeni Perebyinisə təqdim edib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyi feysbuk hesabında məlumat yayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 23-də imzaladığı Sərəncamla Seymur Qurban oğlu Mərdəliyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
