Məzmuna keç

Türkiyədə terror təşkilatının üzvləri həbs olundu

Türkiyədə terror təşkilatının 4 üzvü həbs olunub.

E-huquq.az xəbər verir ki, İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 7 şübhəli saxlanılıb. Onlardan “Ninova Bölgəsi hakimi” (Mosul) Cəlal İsmael Əhməd də daxil olmaqla 4 nəfərin ifadələri alınıb, barələrində həbs qətimkan tədbiri seçilib.

Terror təşkilatına üzv olmaqda şübhəli bilinən digər 3 nəfərin isə prokurorluqda ifadələri alınır.