Məzmuna keç

Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 215 640 hərbçisi məhv edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 926 tank, 7 631 zirehli maşın, 3 300 operativ-taktiki PUA, 3 736 artilleriya sistemi, 362 hava hücumundan müdafiə sistemi, 314 təyyarə, 299 helikopter, 6 461 avtomobil və tanker, 509 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərində nəzarəti ələ almaq cəhdlərinə davam edir. Ukrayna Zaporojye vilayətinin qərbində əks-hücum zamanı uğur qazanıb.