Türkiyənin Bursa şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Osmanqazi rayonunda fəhlələri daşıyan miktoavtobus minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
