Məzmuna keç

Elvin Balacanov: “Azərbaycanda kriptoqrafiya ilə bağlı milli konsepsiya hazırlana bilər”

"Gələcəkdə Azərbaycanda kriptoqrafiyanın inkişafı sahəsində milli konsepsiyanın hazırlanmasına zərurət var".

Bunu e-huquq.az-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov deyib.

Onun sözlərinə görə, milli kriptoqrafik həllərin və mühafizə vasitələrinin hazırlanması zərurəti yarana bilər.

"Nəzərə almalıyıq ki, rəqəmsal transformasiya sahəsində və eyni zamanda kritik informasiya strukturlarının təhlükəsizliyinin təmin olunması məqsədilə kriptoqrafiyaya xüsusi önəm verilməli olacaq. Bu milli həllərin hazırlanması, həm də müxtəlif milli kriptoqrafik həllərin və mühafizə vasitələrinin hazırlanmasını şərtləndirə bilər".

Şəbnəm Mehdizadə