Məzmuna keç

Ukrayna Almaniyadan daha çox “Leopard 2” istəyir

Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnik Ukrayna ordusunun təcili olaraq daha çox Qərb döyüş tanklarına və digər zirehli texnikalara ehtiyacı olduğunu deyib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

"Hər bir "Leopard 2" həlledici hücumda sözün əsl mənasında qızıla dəyər", – nazir müavini bildirib.

Melnik əmindir ki, Almaniya Silahlı Qüvvələri Ukraynaya daha çox tank verməyə qadirdir. O hesab edir ki, hazırkı rəqəm Almaniyanın özünü müdafiə qabiliyyətinə xələl gətirmədən üç dəfə artırıla bilər.

Melnik, həmçinin Ukrayna ordusuna daha ​​60 "Marder" piyada döyüş maşınının təhvil verilməsini istəyib.

Şəbnəm Mehdizadə