Məzmuna keç

Dövlət Xidməti: “Milli kriptoqrafik alqoritmlərin hazırlanması əsas hədəfimizdir”

"Kriptoqrafiya dövlət qurumlarında informasiyanın təhlükəsizliyi sahəsində çox böyük əhəmiyyətə malikdir".

E-huquq.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşı Günay Əbdiyeva-Əliyeva "Kriptoqrafiya üzrə elmi-praktiki seminar"da çıxışında deyib.

“İnkişaf edən bir ölkədə sahə üzrə milli potensialın gücləndirilməsi, informasiya təhlükəsizliyi avadanlıqlarının milliləşdirilməsi, eləcə də milli kriptoalqoritmin işlənməsi prioritet məsələlərdən biri olmalıdır”, – deyə o bildirib.

Şəbnəm Mehdizadə