Məzmuna keç

Papua Yeni Qvineyada girov götürülən 17 tələbə sərbəst buraxıldı

Papua Yeni Qvineyada silahlı şəxslər tərəfindən qaçırılan 17 məktəbli qız sərbəst buraxılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Radio New Zealand" məlumat yayıb.

Polis rəisi Devid Menninq girovların azad edildiyini təsdiqləyərək, hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib: "Polis bütün oğurluq hadisələrini araşdırmaq üçün əlindən gələni edir"

Bosaviya kənd sakini bildirib ki, tələbələrin ailələri silahlı şəxslərlə görüşüb və iyunun 7-də tələbələrin azad edilməsi üçün razılığa gəliblər.Sakin deyib ki, silahlı şəxslər tələbəri buraxmaq üçün pul və donuz tələb ediblər.

Bildirilib ki, sərbəst buraxılan tələbələr hava nəqliyyatı ilə Avstraliyanın neft-qaz şirkətinə məxsus "Santos"a məxsus "Ridge Camp"a aparılıb və müayinədən keçirilib.

Şəbnəm Mehdizadə