Məzmuna keç

Türkiyə Əfqanıstandan olan 136 qanunsuz miqrantı deportasiya edib

Türkiyəyə qeyri-qanuni yollarla daxil olan 136 əfqanıstanlı miqrant ölkəsinə göndərilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Miqrasiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, miqrantlar Ankaranın Esenboğa hava limanından Əfqanıstan Hava Yollarına məxsus təyyarə ilə ölkələrinə göndərilib.

Qeyd olunub ki, bu il Əfqanıstana 28 çarter reysi və müntəzəm uçuşlar çərçivəsində Əfqanıstandan olan 13 725 qeyri-qanuni miqrant deportasiya edilib.

İlin əvvəlindən ümumilikdə 42 685 qeyri-qanuni miqrant öz ölkələrinə göndərilib.

Şəbnəm Mehdizadə