"Ukrayna qüvvələri cəbhənin ən azı üç sektorunda əks-hücum əməliyyatlarını davam etdirib və iyunun 12-nə olan məlumata görə, bəzi əraziləri geri qaytarıblar".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Ekspertlər müdafiə nazirinin müavini Anna Malyara istinadən bildirirlər ki, Ukrayna Silahlı Qüvvələri Donetsk və Zaporojye istiqamətlərində son bir həftə ərzində 6,5 km irəliləyib və 90 kvadrat kilometr ərazini geri alıb.
Analitiklər Zaporojye vilayətinin qərbində bir, Zaporojyenin şərqində və Donetsk vilayətinin qərbində altı yaşayış məntəqəsinin azad edilməsini müəyyən ediblər.
12 iyun tarixli geolokasiya görüntülərinə görə, biz əlavə olaraq Ukrayna Silahlı Qüvvələrinin Velika Novoselkanın cənubundakı Donetsk vilayətinin qərbində məhdud irəliləyişindən xəbərdarıq", – ISW bildirir.
Şəbnəm Mehdizadə
