Məzmuna keç

Ukrayna SQ: “Rus qoşunları son sutkada Ukrayna ərazisinə 47 raket və 31 hava zərbəsi endirib”

"İyunun 13-də Rusiya Ukraynaya X-101/555 tipli qanadlı raketlərlə hücum edib, onlardan 10-u hava hücumundan müdafiə sistemi ilə məhv edilib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan əlavə, Ukrayna ərazisinə 4 "Şahed" pilotsuz uçan aparatları ilə hücum olub ki, onlardan biri məhv edilib.

Son 24 saat ərzində ruslar Xarkov vilayətində yaşayış binalarına iki “Kalibr” qanadlı raketi atıblar.

Həmçinin, Rusiya ordusu 31 hava və 47 raket zərbəsi endirib.

Şəbnəm Mehdizadə