Türkiyənin Şırnak şəhərində PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirlib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədəTürkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Aralarında HDP Beytüşşebap rayon həmsədri, HDP rayon icra hakimiyyətinin üzvü də daxil olmaqla 12 şübhəli şəxsin tutulması üçün keçirilən əməliyyatda 8 nəfər saxlanılıb.
Digər 4 nəfərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
