Türkiyənin Çorum şəhərində 19 nəfər göbələkdən zəhərlənib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, meşədən topladıqları göbələkləri yeyən şəxslərin halı pisləşib.
Ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanalara müraciət edən 19 nəfərə tibbi yardım göstərilib.
Həmin şəxslərin müalicəsi davam edir.
Şəbnəm Mehdizadə
