Məzmuna keç

İstanbulda fabrikda baş verən yanğın 70 saat sonra söndürüdü –

Türkiyənin İstanbul şəhərində 6 mərtəbəli fabrikdə baş verən yanğın 70 saatdan sonra söndürülüb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qida, plastik, tekstil kimi müxtəlif məhsul və xammalın olduğu fabrik binasında yanğınsöndürmə işləri 4 gün fasiləsiz davam edib.

Yanğınsöndürmə briqadasının 31 texnika və 95 canlı qüvvə ilə müdaxilə etdiyi yanğın söndürülərək nəzarətə götürülüb.

Binada soyutma işləri davam edir.

Şəbnəm Mehdizadə