Məzmuna keç

Türkiyədə ildırım düşməsi nəticəsində 28 meşə yanğını baş verib

Türkiyənin Muğla şəhərində son 3 həftədə ildırım düşməsi nəticəsində 28 meşə yanğını baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Regional Meşə İdarəsi məlumat yayıb.

Bildirilib ki, ildırım düşməsi nəticəsində baş verən meşə yanğınlarının sayı artmaqdadır. Yanğınlar operativ müdaxilə nəticəsində söndürülərək daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

"İldırımdan qaynaqlanan yanğınlar bir ağacda başlayıb getdikcə yayılmağa meyllidir. Belə hallarda qruplarımız ilkin müdaxilə maşınları və çiləyicilərlə müdaxilə edərək söndürürlər. Çatılması mümkün olmayan nöqtələrdə baş verən yanğınlara isə təyyarələrlə müdaxilə edilir", – Regional Meşə İdarəsinin rəisi Salim Karabulut qeyd edib.

Şəbnəm Mehdizadə