Məzmuna keç

Kişi boşandığı arvadını öldürdü, sonra intihar etdi

Türkiyənin Antalya şəhərində ailə sağlamlıq mərkəzində qadın həkim həyat yoldaşı tərəfindən qətlə yetirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, tibb müəssisəsinə gələn Mustafa Bağce həyat yoldaşı həkim Mələk Bağce ilə mübahisə etməyə başlayıb.

Mübahisənin böyüməsi ilə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb, daha sonra üzərindəki silahla özünə atəş açaraq intihar edib.

İddiaya görə, cütlük boşanma ilə bağlı məhkəməyə müraciət edibmiş.

Alanya Rayon Səhiyyə İdarəsinin müdiri Nadir Aldemir hadisə yerində jurnalistlərə açıqlamasında "Hər cür qətllərin bitməsini istəyirik, amma təəssüf ki, bu cür hadisələr təkrar-təkrar baş verir. Bu gün boşanma proseslərinin olduğu deyilirdi. Məhkəmədən sonra bu qətl hadisəsi baş verib" – deyə bildirib.

Şəbnəm Mehdizadə