Məzmuna keç

Azərbaycan Ordusunun Şuşadakı mövqeləri atəşə tutuldu

İyunun 13-ü saat 19:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.