Türkiyədə son 10 ildə 616 uşaq istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində ölüb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bu barədə İşçi Sağlamlığı və Təhlükəsizliyi (ISIG) Assambleyasının 2013-2022-ci illəri əhatə edən hesabatında bildirilib.
Hesabata görə, təkcə 2022-ci ildə 61 iş qəzası zamanı həyatını itirib.
Həyatını itirən uşaqların 211-i 14 yaşdan aşağı, 405-i isə 15-17 yaş qrupundadır.
Türkiyə Statistika Təşkilatı (TÜİK) tərəfindən 1994, 1999, 2006, 2012 və 2019-cu illərdə uşaq əməyi ilə bağlı aparılan araşdırmalara əsasən, uşaqların işləməyə məcbur qalmasının başlıca səbəbləri ailə büdcəsinə qatqı vermək, iş öyrənmək və öz ehtiyaclarını ödəməkdir.
Şəbnəm Mehdizadə
