Məzmuna keç

Ekspert: “Ukraynanın əks-hücum əməliyyatının əsas mərhələsi hələ başlamayıb”

"Ukraynanın əks-hücum əməliyyatı artıq bir müddətdir ki, davam edir, lakin Britaniyanın “Challenger 2” tankları və Almaniyanın “Marder” piyada döyüş maşınları hələ döyüşdə görünmür".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin müxbiri Culian Röpke buna diqqət çəkib.

O qeyd edib ki, hazırda Almaniyanın “Leopard 2” tankları və Amerikanın “Bradley” piyada döyüş maşınları hücum əməliyyatlarında fəal şəkildə istifadə olunur.

"Amma indiyədək Britaniyanın "Challenger 2" tanklarının hazırkı hücumda iştirakını göstərən heç bir görüntü yoxdur. Almaniyanın "Marder" piyada döyüş maşınları da yoxdur. Bu o deməkdir ki, bir neçə Ukrayna briqadası, yəqin ki, hələ döyüşə hazır deyil" – Röpke deyib.

Alman ekspertin fikrincə, bu, Ukrayna komandanlığının əks-hücumun əsas mərhələsinə hələ başlamadığını və əsas hadisələrin hələ qarşıda olduğunu deməyə əsas verir. Röpke hesab edir ki, Qərbdə təlim keçmiş və Qərb texnikası ilə silahlanmış zirehli briqadaların əksəriyyəti yalnız Ukrayna Silahlı Qüvvələri Rusiyanın müdafiəsində zəif nöqtələr tapdıqdan sonra irəliləyəcək.

Şəbnəm Mehdizadə