Məzmuna keç

Türkiyə və Azərbaycan Şərqlə Qərb arasında strateji mövqe tutur –

Türkiyə və Azərbaycan Şərqlə Qərb arasında strateji mövqe tutur.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, qardaşlıq münasibətlərinə uyğun olaraq iki ölkə arasında ticarətdən tutmuş enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər bütün sahələrdə əməkdaşlıq dərinləşəcək.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək. Mən də inanıram ki, yaxın gələcəkdə təmaslarımızın müsbət nəticələrini görəcəyik", – deyə Ərdoğan qeyd edib.