Türkiyənin Mersin şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 4 avtomobilin toqquşması ilə baş verən zəncirvari qəzada 7 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar Tarsus Dövlət Xəstəxanasına aparılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
