Türkiyənin İstanbul şəhərində FETÖ-yə qarşı keçirilən əməliyyatda 28 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi və İstanbul Prokurorluğunun apardığı birgə istintaqla “Kaynak” Holdinqə bağlı 122 şirkət, dərnək və vəqfdən əldə edilən 975 hard diskdə təxminən 420 terebayt məlumat araşdırılıb. Araşdırmalar nəticəsində təşkilatla əlaqədə şübhəli bilinən 34 nəfər müəyyən edilib.
İstanbulda 36 fərqli ünvanda eyni vaxtda keçirilən əməliyyatlarda həmin şübhəli şəxslərdən 28-i saxlanılıb. Axtarışda olan 4 şübhəlinin xaricdə olduğu müəyyən olunub. 2 nəfərin isə saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə
