"Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə genişmiqyaslı islahatlar həyata keçirilir. Məqsəd Azərbaycanın bütün sahələrini inkişafın keyfiyyətcə yeni mərhələsinə gətirib çıxarmaqdır".
E-huquq.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – İcra katibi Əli Əhmədov REAL TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda aparılan islahatlar Azərbaycan hakimiyyətinin 3 qolundan ikisini əhatə edib: "İcra hakimiyyəti qolu islahatlara cəlb olunub. 2-ci qol – Məhkəmə-hüquq sahəsində ciddi islahatlar həyata keçirilir və bundan sonra da həyata keçiriləcək. Söhbət Azərbaycanın məhkəmə sisteminin təkmilləşdirilməsi və müasir dünyanın dəyərləri sisteminə üzvi surətdə bağlanmasını təmin etməkdən gedir. 3-cü qol isə qanunverici hakimiyyətdir. Mən əminəm ki, islahatlar hakimiyyətin hər üç sahəsini əhatə edəcəkdir".
