Məzmuna keç

Hərbi Administrasiya: “Kramatorsk və Konstantinovka şəhərləri atəşə tutulub, ölənlər və yaralılar var”

Rusiya Silahlı Qüvvələri səhər saatlarında Ukraynanın Donetsk vilayətinin Kramatorsk və Konstantinovka şəhərlərini atəşə tutub.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Donetsk Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 3 dinc sakin ölüb, daha 3 nəfər yaralanıb.

Kirilenko qaz xəttinə və elektrik şəbəkələrinə, həmçinin fərdi evlərə ciddi ziyan dəydiyini qeyd edib.

Şəbnəm Mehdizadə