Suriyanın şimalında keçirilən antiterror əməliyyatları nəticəsində 41 terrorçu zərərsizləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat çərçivəsində Suriyanın şimalındakı Tel-Rıfat və Mənbic bölgələrində terror təşkilatının PKK/YPG üzvlərinə aid hədəflər müəyyən edilib. Terror təşkilatına aid qərargah, sığınacaq və bunkerlər vurulub.
Beləliklə, həftə sonundan etibarən Suriyanın şimalında zərərsizləşdirilən terrorçuların sayı 53-ə yüksəlib.
Zərərsizləşdirilən terrorçular arasında ötən həftə Öncüpınara raket hücumlarını planlaşdıran terrorçuların da olduğu bildirilir.

Şəbnəm Mehdizadə
