Məzmuna keç

30 il sonra Zəngilanda ilk dəfə “Son zəng” çalındı –

30 il sonra Zəngilanın Ağalı kənd tam orta məktəbinin məzunları üçün ilk dəfə "Son zəng" çalınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi paylaşım edib.

Belə ki, dörd nəfər məzun üçün bu gün "Son zəng" tədbiri keçirilib.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində təxminən 100 min nəfər məzun olub.