Məzmuna keç

İdarəetmədən çıxan mikroavtobus səkiyə çırpıldı, 5 nəfər yaralandı

Türkiyənin Mersin şəhərində yol qəzasında 5 nəfər yaralanıb.

E-huquq.az "DHA"ya istinadən xəbər verir ki, Tarsus rayonunda idarəetmədən çıxan mikroavtobus səkidə asılı vəziyyətdə qalıb.

Təsərrüfat işçilərini daşıyan mikroavtobusdakı 17 nəfərdən 5-i xəsarət alıb.

Yaralılar Tarsus Dövlət Xəstəxanasına aparılıb. Onların vəziyyət qənaətbəxş hesab olunur.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə