Türkiyənin İzmir şəhərində alış-veriş saytlarında saxta elanlar verərək vətəndaşların pulunu dələduzluq yolu ilə ələ keçirən 20 nəfər saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kibercinayətkarlıqla Mübarizə Şöbəsi vətəndaşlardan daxil olan şikayətlər əsasında araşdırmalara başlayıb.
Bir qrup şəxsin alış-veriş saytlarında satış elanları verdikləri, vətəndaşlardan beh aldıqları, lakin məhsulları çatdırmadıqları müəyyən edilib.
Aparılan istintaq tədbirləri çərçivəsində 24 şübhəli şəxslə bağlı həbs qərarı verilib.
Onlardan 20-si yaşadığı mənzilə baxış zamanı saxlanılıb. Digər 4 nəfərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə
