Türkiyədə FETÖ istintaqı çərçivəsində kimi axtarışda olan 6 nəfər qayıqla xaricə qaçmağa çalışarkən saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kuşadası Rayon Polis Şöbəsi tərəfindən izlənilən Polşa bayraqlı "Gezgin" adlı yelkənli qayıqda əməliyyat keçirilib.
Qayıqda tutulan 8 nəfər jandarma qruplarına təhvil verilib. Aparılan araşdırma zamanı onların arasında 5 keçmiş əsgər və 1 keçmiş müəllimin FETÖ istintaqı çərçivəsində axtarışda olduğu müəyyən edilib.
Həmin şəxslər tularaq istintaqa təhvil verilib.
Şəbnəm Mehdizadə
