Türkiyənin Bursa şəhərində tarixi binada yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təmirdə olan 2 mərtəbəli taxta binada qəfil alovlanma baş verib.
Əraziyə yanğınsöndürənlər cəlb olunub. Binaya bitişik mənzillərdəki sakinlər təxliyə edilib.
Qısa müddətdə yanğın söndürülüb. Tarixi bina yararsız hala düşüb.
Yanğının başvermə səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə
