Məzmuna keç

Hindistanda hava limanında yanğın olub

Hindistanın Kəlkətə şəhərində "Netaji Subhash Chandra Bose" Beynəlxalq Hava Limanında yanğın baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hava limanının "Twitter" səhifəsində məlumat verilib.

Açıqlamaya görə, uçuşdan əvvəl nəzarət-buraxılış məntəqəsində naməlum səbəbdən yanğın baş verib və gözləmə zalı tüstü ilə dolduğu üçün sərnişinlərin təxliyyə edilib.

Yanğın qısa müddətdə nəzarət altına alınıb. Hadisə zamanı ölən və yaralanan olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə