Məzmuna keç

Son sutkada Ukraynada 580 rus hərbçisi məhv edilib

Ötən sutkada ərzində Ukrayna Silahlı Qüvvələri 580 rus hərbçisini məhv edib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın müharibədəki itkilərinin sayının 217 910 nəfərə çatdığı bildirilib.

Rusiya Silahlı Qüvvələrinin müharibədəki hərbi texnika itkilərinə gəlincə isə, 2022-ci il fevralın 24-dən bəri ruslar 3 995 tank, 7 667 zirehli döyüş maşını, 3 333 operativ-taktiki PUA, 3 793 artilleriya sistemi, 364 hava hücumundan müdafiə sistemi, 604 reaktiv yaylım atəşi sistemi, 314 təyyarə, 301 helikopter, 1199 qanadlı raket, 18 gəmi/qayıq, 6 482 avtomobil və tanker, 519 xüsusi texnika itirib.

Şəbnəm Mehdizadə