Məzmuna keç

“Azəriqaz”: Abonentlərin 69 faizi limiti keçməyib

"2023-cü ilin yanvar-may ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 720 min 30 abonent 12 qəpiklik tarifdən(ümumi abonentlərin 68,8%-i) istifadə edib".

E-huquq.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında deyib.

Şöbə rəisi bildirib ki, hesabat dövründə 705 min 12 abonent 20 qəpiklik tarifdən (ümumi abonentlərin 28,7%-i) istifadə edib.

Həmçinin 75 min 1 abonent 25 qəpiklik tarifdən (ümumi abonentlərin 3%-i) istifadə edib.

Şəbnəm Mehdizadə