Türkiyənin Samsun şəhərində qohumlar arasında silahlı qarşıdurma baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, düşmənçilik zəminində baş verən insident nəticəsində 7 nəfər yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
İnsident zamanı təcili yardım yardımının həkimi də güllələnib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
