Türkiyənin İstanbul şəıhərində taksi sürücüsü ilə mübahisə edən turist özünü maşının altına atıb.
E-huquq.az "CCN Türk"ə istinadən xəbər verir ki, Şişlidən Aksaray şəhərinə getmək istəyən turist qadın dil probleminə görə hərəkət marşrutu ilə bağlı sürücü ilə anlaşa bilməyib.
Sürücü ondan nəqliyyat vasitəsindən düşməsini istədikdə isə qadın ona sərt reaksiya verərək özünü maşının altına atıb.
Daha sonra turist sürücüyə hücum edərək ona xəsarət yetirib.
Hadisə yerinə dərhal polis əməkdaşları çağrılıb. Polis həmin qadını çətinliklə saxlaya bilib.
Şəbnəm Mehdizadə
