"1 iyun 2023-cü il tarixinədək mövcud olan qeyri-yaşayış binalarının istismarına icazə paralel olaraq sadələşdirilir".
E-huquq.az xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Rəşad İsmayılov deyib.
O bildirib ki, qeyri-yaşayış binlarının yanğın təhlükəsizliyi, mühafizə zonalarında yerləşməsi və dayanıqlılıq baxımından yoxlanıldıqdan sonra artıq istismarına icazəsi verilir.
"Bu çərçivədə eyni zamanda torpaq münasibətləri də tənzimlənir. Yəni bələdiyyə torpaqlarında, dövlət torpağında yerləşən torpaqlara münasibətdə artıq qanunvericilikdə bu layihə çərçivəsində dəyişikliklər də həyata keçirildi. Bələdiyələrə birbaşa həmin qeyri-yaşayış binalarının yerləşdiyi torpaqları satmaq hüququ verildi. Eyni zamanda icarəyə və ya mülkiyyətə verilməsi prosedurları tənzimləndi. 1 yanvar 2024-cü il tarixindən kağız üzərində aparılan sənədləşmələr yığışdırılacaq. Vətəndaşlar yalnız elektron sistem vasitəsilə tikintiyə icazə və ya məlumatlandırma icraatı həyata keçiriləcək. Bununla da bu günə kimi baş vermiş yayınmalar kimi məsələlər istisna artıq olunacaq" – R.İsmayılov qeyd edib.
