Məzmuna keç

Baş Qərargah: “Sutkada düşmən 59 hava zərbəsi endirib, ölən və yaralılar var”

"Ötən gecə Rusiya ordusu Ukraynaya raket və "Shahed" PUA-ları ilə zərbələr endirib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda deyilir.

"Son sutka ərzində düşmən qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə 59 hava zərbəsi endirib və 100-dən çox reaktiv yaylım atəşi sistemlərindən atəş açıb. Mülki əhali, xüsusilə də uşaqlar arasında ölən və yaralananlar var, 20-dən çox yaşayış binası və bir məktəb, mühüm infrastruktur obyektləri zədələnib”, – məlumatda deyilir.

Baş Qərargah xəbərdarlıq edib ki, bütün Ukrayna ərazisində raket və hava zərbələri endirilməsi ehtimalı yüksək olaraq qalır.

Şəbnəm Mehdizadə