Məzmuna keç

Nepalda daşqınlarda ölənlərin sayı 5 nəfərə çatıb

Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Asian News İnternational" (ANI) məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 28 nəfər itkin düşüb. Ölkədə ötən həftədən bəri təsirli olan musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri ölkənin şərqində 4 bölgədə dağıntı və insan tələfatına səbəb olub.

Nepalın infrastruktur və nəqliyyat naziri Prakaş Jvala sel və torpaq sürüşmələrindən zərər çəkmiş ərazilərdə bəzi yol və körpülərin dağıldığını, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Qarşıdakı həftələrdə yağışların bütün ölkəyə yayılacağı gözlənilir.

Şəbnəm Mehdizadə