ABŞ-ın Aydaho ştatında Kelloq rayonunda kilsə yaxınlığında atışma olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Polis hadisə yerində mənzildə 4 nəfərin meyitini aşkarlayıb.
Faktla bağlı araşdırma başlanılıb və 31 yaşlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
Yerli KİV sakinlərə istinadən hadisəyə səbəb kimi qonşular arasında anlaşılmazlığın olduğunu bildirib.
Şəbnəm Mehdizadə
