Türkiyənin Mersin şəhərində avtobus yük maşını ilə toqquşub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, toqquşma nəticəsində partlayan avtobus yol kənarındakı qoşquya çırpılaraq dərəyə aşıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb.
Qəza yerinə təcili tibbi yardım briqadaları, polis və xilasetmə qrupları cəlb edilib.
Xəsarət alan yük maşınının sürücüsü və avtobusda olan 27 sərnişin təcili tibbi yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb. Avtobus sürücüsünün həyatını xilas etmək mümkün olmayıb.
Şəbnəm Mehdizadə
