Türkiyənin Qaziantep şəhərində idarəetmədən çıxan avtomobil ağaca çırpılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib.
Yaralılar şəhərin müxtəlif xəstəxanalarına aparılıb.
Faktla bağlı araşdırma başlanıb.
Şəbnəm Mehdizadə
