Ötən il Almaniya əhalisinin sayı 2021-ci ilə nisbətən 1 milyon 122 min nəfər artaraq 84,4 milyon nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin ("Destatis") 2022-ci ilin statistikasına dair məlumatında bildirilib. Bu artım son 32 ilin ən yüksək artımı kimi qiymətləndirilib.
İdarənin məlumatında vurğulanıb ki, ötən il əhalinin sayının artması Almaniyaya əcnəbilərin köçməsi ilə bağlıdır. 2021-ci ildə ölkəyə 329 min miqrant gəldiyi halda, keçən il bu rəqəm 1,46 milyona yüksəlib. Ötən il Almaniyaya gələn ukraynalıların sayı 915 min olub.
Əvvəlki illərdə olduğu kimi, ötən il də ölənlərin sayı qeydə alınan doğum saylarından çox olub. Belə ki, keçən il ölüm sayı 327 000-ə yüksəlib. Bu rəqəm 2021-ci il üçün 228 min nəfər olub.
Şəbnəm Mehdizadə
