Məzmuna keç

Uqandada məktəbə edilən silahlı hücuma görə 20 nəfər saxlanılıb

Uqandada məktəbə edilən silahlı hücumla bağlı 20 nəfər saxlanılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Uqanda polisinin sözçüsü Fred Enanqa bildirib.

Onun sözlərinə görə, istintaq çərçivəsində hücuma görə məsuliyyət daşıyan Demokratik Alyans Qüvvələrinin (ADF) tərəfdarı olmaqda şübhəli bilinən 20 nəfər saxlanılıb.

Enanqa saxlanılanlar arasında məktəb müdirinin də olduğunu bildirib.

Qeyd edək ki, şənbə günü Mpondve şəhərində məktəbə hücum edilib və məktəbin yataqxanası yandırılıb. Hücumda əksəriyyəti tələbələr olmaqla 42 nəfər ölüb.

Şəbnəm Mehdizadə