Ötən həftə Yunanıstan sahillərində miqrant gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə "AMNA" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Yunanıstan Sahil Mühafizəsi Navarindən 47 dəniz mili cənub-qərbdə daha bir cəsəd tapıb. Meyit ekspertiza üçün Kalamataya göndərilib.
Qayığın batmasına görə qeyri-qanuni miqrant qaçaqmalçılığı ittihamı ilə saxlanılan 9 misirlinin ifadəsi alınıb. Şübhəlilər günahsız olduqlarını iddia ediblər. Saxlanılanlardan biri digər 4 şübhəlinin miqrant qaçaqmalçılığı ilə məşğul olduğunu iddia edib.
Qeyd edək ki, iyunun 14-də qeyri-qanuni miqrantları daşıyan balıqçı qayığı Yunanıstanın Peloponnes adasında Navarino şəhərindən 47 dəniz mili aralıda beynəlxalq sularda batıb.. Balıqçı gəmisində olan 104 nəfər xilas edilərək Kalamata limanına gətirilib, hadisədən sonra aparılan araşdırmalarda 81 nəfərin cəsədi tapılıb.
"Alarm Phone" şirkətinin məlumatına görə, gəmidə təxminən 700 nəfər olub.
Şəbnəm Mehdizadə
