Rusiya Silahlı Qüvvələrinin müharibədəki itkiləri 222 min nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilb.
Son sutkada 540 rus hərbçisinin məhv edildiyi qeyd olunub.
Şəxsi heyətlə yanaşı, Rusiya müharibədə indiyədək 4 006 tank, 7 771 zirehli döyüş maşını, 3 428 operativ-taktiki PUA, 3 920 artilleriya sistemi, 375 hava hücumundan müdafiə sistemi, 615 reaktiv yaylım atəşi sistemi, 314 təyyarə, 306 helikopter, 1 214 qanadlı raket, 18 gəmi/qayıq, 6 667 avtomobil və tanker, 539 xüsusi texnika itirib.
Şəbnəm Mehdizadə
