"Ötən sutka ərzində rus işğalçılarının Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər həlak olub".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xerson Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin "Telegram" kanalında bildirib.
O qeyd edib ki, son sutka ərzində bölgəyə 72 hücum olub: "Minaatanlardan, artilleriyadan, tank əleyhinə raket sistemlərindən, pilotsuz uçuş aparatlarından, qradlardan və aviasiyadan 345 mərmi atılıb".
"Rusiya hərbçiləri Xersonun yaşayış məntəqələrinə, yanacaqdoldurma məntəqəsinə və iki təhsil müəssisəsinə binalarına daxil olublar. Rusiyanın hücumu nəticəsində iki nəfər həlak olub, daha 8 nəfər yaralanıb", – Prokudin bildirib.
Şəbnəm Mehdizadə
