Məzmuna keç

Türkiyədə dönərdən kütləvi zəhərlənmə olub

Türkiyənin Bolu şəhərində dönərdən kütləvi zəhərlənmə olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yeni açılan dönərxanada toyuq dönəri yedikdən sonra 21 nəfər ürəkbulanma və ishal şikayətləri ilə İzzet Baysal Dövlət Xəstəxanasına müraciət edib.

Təcili yardım şöbəsində müraciət edən şəxslər müalicə olunduqdan sonra evə buraxılıb.

Şəhər Sağlamlıq İdarəsi tərəfindən dönərxanada satılan məhsullardan nümunələr götürülərək müayinə üçün laboratoriyaya göndəriıib.

Şəbnəm Mehdizadə