Məzmuna keç

Şahin Yusifov vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxacaq

Ali Məhkəmənin Cinayət kollegiyasının sədri vətəndaşları qəbul edəcək

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifov Yardımlıda vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin mətbuat xidmətindən e-huquq.az-a bildiriblər ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Yardımlı Rayon Məhkəməsində (ünvan: Yardımlı şəhəri, Bəhruz Mansurov küç., 1) saat 11:00 başlayacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Yardımlı Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), əlaqə nömrələri və ya [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.