Məzmuna keç

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.

E-huquq.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" hesabında məlumat paylaşılıb.

Görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.